Xəbər lenti

Titanların toqquşması - Mask məlumat oğurluğuna görə
Dünya 16:47 29.05.2024

Titanların toqquşması - Mask məlumat oğurluğuna görə "WhatsApp" rəhbəriylə toqquşdu

Milyarder İlon Mask "WhatsApp"ı istifadəçi məlumatlarını oğurlamaqda ittiham edib. "Meta"ya məxsus messencerin rəhbəri Vill Kethkart ona cavab verib.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

Kriptovalyutadan tutmuş Ukraynadakı müharibəyə qədər hər mövzuda müzakirələr aparması ilə tanınan Mask X sosial şəbəkəsində (Twitter) deyib ki, "WhatsApp" "hər axşam istifadəçi məlumatlarınızı ixrac edir". Maskın bununla dəqiq nəyi - metadata, faktiki mesajla birlikdə göndərilən əlavə məlumat parçaları və ya mesajların məzmunu nəzərdə tutduğu məlum deyil.

"WhatsApp" rəhbəri Vill Kethkart cavab verib ki, Maskın açıqlaması "yanlışdır". O vurğulayıb ki, "WhatsApp"da mesajlar başdan-ayağa şifrələnir, ona görə də "Meta"nın onların məzmununa çıxışı yoxdur.

Təhlükəsizlik tədqiqatçıları qeyd ediblər ki, "istifadəçi məlumatları” sadəcə mesajlardan daha çox şeylə məhdudlaşır. Bu, kontaktlar, yer məlumatları, onlayn sərf olunan vaxt və bir çox digər məlumatlar ola bilər.

Məxfilik siyasətində "WhatsApp" bildirir ki, bəzi istifadəçi məlumatları "Meta Company" məhsullarında müvafiq təklif və reklamları göstərmək üçün istifadə edilə bilər.

"WhatsApp" hazırda müəyyən növ məlumatları "Meta" şirkətlərilə paylaşır. Buraya qeydiyyat məlumatları (telefon nömrəniz kimi), əməliyyat məlumatı (məsələn, "WhatsApp"da "Facebook Pay" və ya Mağazalardan istifadə edirsinizsə), xidmət məlumatı, xidmətlərimizdən istifadə edərkən bizneslərlə necə qarşılıqlı əlaqədə olduğunuz haqqında məlumat, mobil cihaz məlumatı, IP ünvanı, eləcə də digər məlumatlar daxildir ", - deyə şirkətin yardım mərkəzi məlumat verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->