Türkiyə Futbol Federasiyası "Ankaragücü" - "Rizespor" matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, federasiya həm kluba həm də onun prezidenti ilə bağlı sərt cəzalar tətbiq edib.
Federasiyanın qərarına görə, "Ankaragücü" qarşıdakı beş matçı tamaşaçısız keçirəcək. Bununla yanaşı klub iki milyon lirə cərimələnib. Üstəlik mövsümdə ikinci dəfə baş verən çirkin və pis təzahürlərə görə əlavə 200 min lirə də ödəməli olacaqlar.
"Ankaragücü" - "Rizespor" matçından sonra yaranan qalmaqalda baş hakim Umut Meleri yumurqla vuran klubun prezidenti Faruk Koca isə futboldan ömürlük uzaqlaşdırılıb.
Bundan başqa "Ankaragücü"nün idarə heyətinin üzvləri Gülşen Yılmaz və Cengiz Gökaya xəbərdarlıq edilib, Cahit Şahin isə 75 günlük hüquqdan məhrumetmə və 140 min lirə cərimələnib. Yusuf Buğra Tanık 45 gün hüquq məhrumiyyəti və 210 min lirə pul cəzasına məruz qalıb. Bəyanatda digər klub əməkdaşları Şahin Yunus Şahin və Kənan Çelikkaya da ömürlük hüquqlarından məhrum edilib İsmayıl Develi, Mücahid Osman Karabay, Burak Koca, Hakan Apaydın və Ahmet Öztürkə də xəbərdarlıq olunub.
Səbuhi Həsənov
Şərhlər