Xəbər lenti

“Tesla” yeni və daha ucuz avtomobil istehsal etməyi planlaşdırır
Texnologiya 19:16 24.01.2024

“Tesla” yeni və daha ucuz avtomobil istehsal etməyi planlaşdırır

"Tesla” təchizatçılarının "Redwood" kod adlı yeni elektrik avtomobilinin istehsalına başlamaq istədiyi barədə xəbərlər yayılıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters”ə danışan mənbələrdən ikisi avtomobili kompakt krossover modeli kimi təsvir edib.

"Tesla”nın CEO-su İlon Mask uzun müddətdir ki, brendin pərəstişkarlarını, investorlarını ucuz elektrik avtomobilləri və sürücüsüz robot taksilər hazırlamaq istəyi ilə maraqlandırır. Sözügedən vasitələrin yeni nəsil, daha sərfəli elektrik avtomobil platformaları çərçivəsində istehsal ediləcəyi gözlənilir.

Bu modellərin "Tesla”ya sayları artmaqda davam edən daha sərfəli yanacaqla işləyən və elektrik avtomobilləri ilə rəqabət aparmasına imkan verəcəyi düşünülür.

Ucuz elektrik avtomobilləri istehsal edən Çin şirkəti BYD 2023-cü ilin son rübündə "Tesla”nı geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobil istehsalçısı ünvanına yiyələnib. Mask əvvəlcə 2020-ci ildə 25 min dollar dəyərində avtomobil istehsal edəcəyinə söz versə də sonradan bu plan yarımçıq qalmışdı. 

Teslanın satışda olan ən ucuz modeli "Model 3” sedanının başlanğıc qiyməti hazırda ABŞ-da 38 990 dollardır.

Elmir

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->