Vüqar Süleymanov adına Qazax Peşə liseyinin sabiq direktorunun qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.
Qaynarinfo-nun məlumatına görə, liseyin təqaüdə göndərilən direktoru Xudaverdi Xudaverdiyevlə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə 2.11.2023-cü il tarixində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu ilin iyul ayı Xudaverdiyev Xudaverdi Səməd oğlu rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına görə vəzifəsindən kənarlaşdırılıb.
Əhməd
Şərhlər