Yaponiyanın Tokio Universitetinin alimləri Sakit Okeanın dibində qeyri-adi qara yumurta taparaq maraqlı kəşf ediblər.
Qaynarinfo bu barədə NV-yə
istinadla xəbər verir.
Uzaqdan idarə olunan bir vasitə sirli qara kürələri aşkar etdikdə, tədqiqatçılar əvvəlcə çaşqınlıq içində qalıb. Cihazı idarə edən dəniz tədqiqatçısı Yasunori Kano kapsulları dənizin dibindən götürməyə qərar verib. Bu, bütün kürələrlə mümkün olmayıb, çünki onların çoxu daşa möhkəm yapışmış oplub, lakin dördü suyun üzünə qaldırıla bilib.
Hokkaydo Universitetinin bioloqları hər bir kapsulda inkişaf etməkdə olan 3-7 yastı qurd olduğunu aşkar edib. Platyhelmintlərin təsvir edilməmiş bir növünə aid olan bu qurdlar alimlərə dərin dəniz canlı formalarını öyrənmək üçün unikal imkan verir.
Qurd embrionları dayaz suda yaşayan qohumlarından fərqlənmir. Müşahidələr onu da göstərib ki, kapsullarda tapılan süd rəngli maye yumurta "sarısı"nı təmsil edir.
Əvvəllər dərin dəniz yastı qurdları haqqında çox az məlumat var idi. Bu kəşf elmi ictimaiyyətə bu canlıların həyatı və onların uçurum zonasında inkişafının ilkin mərhələləri haqqında ən dərin məlumatlar təqdim edir.
Belə qurdların digər məlum növləri 3232 metrdən çox olmayan dərinlikdə yaşayır.
Tapılan yumurtaların quruluşuna əsasən, elm adamları, yastı qurdların okeanın daha dərin ərazilərini koloniyalaşdıraraq tədricən yaşayış mühitini genişləndirdiyini düşünürlər. Lakin bu prosesin səbəbləri və mexanizmləri hələ də sirr olaraq qalır.
Bu kəşf təkcə okean və onun sakinləri haqqında anlayışımızı genişləndirmir, həm də alimlərə dənizin dərinliklərindəki canlılar dünyasına yeni rakursdan baxmağa imkan verir.
Alpər
Şərhlər