Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov bu gün Fransada baş tutacaq "Nant” - "Qarabağ” matçı ilə bağlı fikirlərini bildirib.
O, Qaynarinfo-ya açıqlamasında şansları dəyərləndirib, komandanın hər şeyə hazır olmalı olduğunu bildirib:
"Ümumiyyətlə qrupda elə bir vəziyyət yaranıb ki, "Qarabağ”a mərhələ adlamaq üçün həm bugünkü, həm də Almaniya klubu ilə keçircəyi qarşılaşmada xal lazımdı. Həm birinci, həm də ikinci yeri tutmaq şansı böyükdür. "Qarabağ” oyununa görə birinci yerdə olmalıdır. "Nant”la oyun vacibdir. "Olimpiakos” deyərdim ki, bitib. Ola bilər 1-2 xal yığsınlar, amma hazırda "Nant”ın şansı daha çoxdur. Bu da möcüzə sayəsində mümkündür. Çünki "Qarabağ” neçə oyundur ki, yüksək səviyyədə çıxış edir. İnanmıram ki, öz yerini kiməsə versin. Komanda hazırlaşıb, futbolçular salamatdırlar. "Nant”da dəyişiklik baş verə bilər. Problem olmaması üçün, "Qarabağ” öz oyununu oynamalıdır. Hazırda daha ciddi, hər şeyə hazır olmalıyıq. Həm azarkeşlərin hay-küyünə, həm "Qarabağ”a qarşı təxribatlara da hazır olmalıyıq. Bilirsiniz ki, Fransada ermənipərəst insanlar həddindən çoxdur. Əslində bunları demək mənasızdır, çünki "Qarabağ” harda oynayırsa, hazır vəziyyətdə olur. Komandadan qələbə gözləyirəm”.
Mircavadov "Qarabağ”ın qrupu birinci pillədə bitimək şanslarından da danışıb:
"Şans çoxdur. Bugünkü qələbə bizə almanları da məğlub edib, birinci yerə çıxmaq üçün şans yaradacaq. Almanları məğlub etmək realdır. Düzdür, həmin klub dəyişə, futbolçuları yaxşı formada olmaya bilər. İstənilən halda "Qarabağ” hər şeyə hazır olmalıdır. Digər tərəfdən, maliyyə məsələsini də unutmayaq. Çünki UEFA qələbə üçün bonus verir. O bonus komandaya vacibdir. Həm də ikinci yeri tutsa bir qədər çətin olacaq. Çünki, bu yeri tutan Çempionlar Liqasınının qruplarında üçüncü pillədə olan rəqiblərdən biri ilə oynayacaq. Dünən "Barselona”nın oyununa baxırdım. İstəməzdim ki, "Qarabağ” ikinci yeri tutsun. Çünki birinci pillənin sahibləri martda oynayacaq. Bu da şərtdir. Qış fasiləsindən sonra futbolçuların formaya düşməsi üçün vaxt tələb olunur”
Səbuhi Həsənov
Şərhlər