Françesko Açerbi İtaliya millisindən uzaqlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, İtaliya mətbuatında yer alan xəbərlərdə futbolçunun yığmadan uzaqlaşdırılmasına səbəb kimi A Seriyasında dünən baş tutan "İnter” - "Napoli” matçında rəqibi Xuan Jesusa qarşı irqçilik etdiyi göstərilib.
İtaliya Futbol Federasiyasının sosial media hesabında edilən paylaşımda düşərgəyə "İnter"in 36 yaşlı futbolçusu Açerbinin yerinə "Roma”da çıxış edən Canluka Mançininin dəvət olunduğu bildirilib.
İtaliya millisi martın 22-də cümə günü Venesuela, bazar günü isə Ekvadorla yoldaşlıq oyunu keçirəcək.
Səbuhi Həsənov
Şərhlər