Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.
Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Fərhad Vəliyev gətirilib.
O, bu təyinata qədər "PAŞA Bank” ASC-də İdarəetmə Şöbəsinin müdiri olub
Fərhad Vəliyev ötən həftədən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Fərhad Vəliyev 2010-cu ildən "PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
Şərhlər