Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, "Bona Dea" klinikasına yerləşdirilib.
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova sabiq "Metropoliten" rəhbərinin səhhəti barədə danışıb: "Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Müalicə götürür. Günümüzün bəlasıdır da, nə bilim... Hələ ki, əməliyyat olmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin".
Qedək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.
Şərhlər