Azərbaycan taekvondoçusu Əliəskər Əliyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Ababakar Soumareni (Seneqal) sınağa çəkib.
Döyüş taekvondoçumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Əliəskər Əliyev 1/8 finala yüksəlib.
Mundialın 3-cü günündə Azərbaycan yığmasının 3 idmançısı dayanq üzərinə çıxacaq.
Səbuhi Həsənov
Şərhlər