Süni intellektli "ChatGPT" robotu futbol dünyasının ən çox nifrət edilən oyunçularının adlarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, süni zəka futbol dünyasının böyük tənqidlərə məruz qalan və futbol ictimaiyyətində fikir ayrılğı yaradan oyunçuları müəyyənləşdirib. Ancaq robot bunun subyektiv fikir olduğunu da qeyd edib.
O, verilən suallara "Futbol dünyasında bəyənilib-bəyənməmək məsələsi şəxsi üstünlüklərdən və fərqli baxışlardan asılıdır, bəzi futbol azarkeşləri üçün populyar olmayan oyunçu digərləri üçün sevimli ola bilər", xəbərdarlığını edib.
Daha sonra ən çox nifrət edilən oyunçuları müəyyənləşdirən "ChatGPT" seçimlərinin də izahını verib.
Luis Suarez
İzah: "Uruqvaylı hücumçu Luis Suarez dişləmə hadisələri və irqçilik iddiaları kimi ziddiyyətli davranışları ilə məşhurdur. O, bu cür hadisələrə görə həm azarkeşlər, həm də futbol ictimaiyyətinin bəziləri tərəfindən tənqid olunub".
Serxio Ramos
İzah: "İspan müdafiəçi Serxio Ramos sərt oyun tərzinə və rəqiblərə qarşı aqressiv münasibətinə görə tənqid olunub. Bəzi futbolsevərlər bilərəkdən qayda pozuntuları və təxribatlarla məşhur olduğu üçün ondan narazı qalıb".
Pepe
İzah: "Portuqaliyalı müdafiəçi Pepe sərt oyunu, aqressiv davranışları və təxribatları ilə tanınır. Karyerasıboyu o, xeyli mübahisəli anlar yaşayıb və çoxlu futbol azarkeşləri tərəfindən sevilməyən oyunçu hesab edilib".
Co Barton
İzah: "İngilis yarımmüdafiəçi Co Barton sərt oyun tərzinə, mübahisəli davranışlarına və qalmaqallarına görə tənqid olunub. Həm meydanda, həm də meydandan kənarda yaşadığı müxtəlif problemlər onu sevilməyən futbolçu adlandırılmasına səbəb olub".
Mario Balotelli
İzah: "İtaliyalı hücumçu Mario Balotelli nizam-intizam problemləri, özünə inamı və bəzən təxribatçı rəftarı ilə tənqid olunub. Həm meydanda, həm də meydandan kənarda diqqət çəkən davranışları onu bəzi futbol azarkeşləri tərəfindən bəyənilməyən oyunçuya çevirib”.
Hazırladı: Səbuhi Həsənov
Mənbə: "Goal"
Şərhlər