"Qremio”da çıxış edən Luis Suarezin yenidən Lionel Messi ilə eyni komandada oynama ehtimalı yaranıb.
Qaynarinfo-nun məlumatına görə, "Barselona"nın sabiq futbolçuları Serxio Buskets və Xordi Albanı da Lionel Messi ilə yanaşı heyətinə qatan "İnter Mayami"nin Suares arzusu gözləniləndən xeyli tez reallaşa bilər. İspaniya mətbuatının xəbərinə görə, forvard dekabrda MLS çempionluğunu qazanmağı hədəfləyən "İnter Mayami"yə transfer oluna bilər.
36 yaşlı oyunçu daha əvvəl "İnter Mayami"nin onunla bağlı "Qremio" ilə əlaqə saxladığını təsdiqləmişdi. Son məlumatlara görə, tərəflər arasında Suareslə bağlı danışıqlar çox müsbət yöndədir və razılaşma artıq zaman məsələsidir. Suaresin klubla müqavilə detallarını müzakirə etmək üçün dekabrda Mayamiyə getməsi planlaşdırılır.
"İnter Mayami" Suaresə heyətdə yer açmaq üçün Josef Martinesi buraxdığı və hücumçu ilə müqavilə bağlamağa yaxın olduğu bildirilir. 2022-ci ilin dekabrında "Qremio”ya transfer olunan Suares komandasının heyətində meydana çıxdığı 37 matçda 17 dəfə rəqib qapısına yol tapa bilib.
"Qremio"nun prezidenti Alberto Guerra Suarezlə bağlı dəyişikliklər ola biləcəyini açıqlamışdı.
Səbuhi Həsənov
Şərhlər