Uruqvay millisinin hücumçusu Luis Suarez DÇ-2010-da Qana ilə oyunda rəqibin vurduğu topu əllə qaytardığına görə üzr istəməyib.
Qaynarinfo xəbər verir ki, builki dünya çempionatında da eyni qrupda yer alan komandalar H qrupunun son oyununda üz-üzə gələcək. Oyunöncəsi mətbuat konfransında qanalı jurnalistin "Bəzi Qana azarkeşləri sənin şeytan olduğunu düşünür və səni təqaüdə çıxarmağı səbirsizliklə gözləyirlər" fikrinə cavab olaraq "2010-cu ildə topu əlimlə xilas etdim, ancaq penaltini mən yox, qanalı futbolçu vura bilmədi. Həmin vaxt qırmızı vərəqə ilə cəzalandırıldım və və Qana penalti vurmaq hüququ qazandı. Buna görə məsuliyyət daşımıram, üstündən 12 il keçib”.
2010-cu ildə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Suares Qananın vurduğu və qapıya gedən topu əllə qaytarmışdı. Daha sonra penalti təyin olunmuş, ancaq Qana millisinin üzvü Asamoa Qyan bundan yararlana bilməmişdi. Əllə oynadığı üçün Suarez qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Səbuhi Həsənov
Şərhlər