Xəbər lenti

Starmer rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziridir
Dünya 16:33 05.07.2024

Starmer rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziridir

Leyboristlər Partiyasının lideri Keir Starmer Kral III Çarlzla Bukingem sarayında görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın Baş naziri olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Sky News yazıb.

Mühafizəkarlar Partiyasının ən pis ümumi seçki nəticəsindən sonra Rişi Sunak istefa verib və Leyboristlərin lideri Bukingem Sarayında görüş keçirib.
Starmer 14 ildə ilk leyborist baş nazir və tarixdə yeddinci leyborist baş nazir olub.

Rişi Sunak cümə günü səhər saat 5-dən qısa müddət əvvəl məğlubiyyətini etiraf edib, Keir Starmer qısa müddət sonra qələbəsini elan edib. Mərkəz solçu Leyboristlər Partiyası 650 yerlik parlamentdə böyük səs çoxluğu qazanıb.

III Çarlz ilə görüşdükdən sonra Keir Starmer yeni Baş nazir kimi xalqa müraciət edəcəyi Downing Street-ə gedir.

Rişi Sunak da daha sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->