Xəbər lenti

Sosial şəbəkədə gənc Alla Puqaçovanın Kirkorovla toy mərasimindən fotosu
Sənət 17:22 01.04.2023

Sosial şəbəkədə gənc Alla Puqaçovanın Kirkorovla toy mərasimindən fotosu "üzə çıxdı"

Bildiyiniz kimi, rusiyalı müğənni Alla Puqaçova Maksim Qalkindən əvvəl 4 dəfə evlənib. Onun seçdiyi şəxslərdən biri müğənni Filipp Kirkorov olub. Onunla Primadonna hətta kilsədə evlənib. Bu 1994-cü ildə baş verib.

Qaynarinfo xəbər verir ki, "Old Paparazzi" "Telegram" kanalı Alla Borisovnanın dəbdəbəli gəlinlikdə çəkilmiş arxiv fotosunu dərc edib. O vaxt onun cəmi 44 yaşı olub. O, kifayət qədər gənc görünür: qamətli bədən quruluşu, təravətli üz, bir qədər qıvrım olan qalın qızılı saçlar.


Kirkorov toyda qara köynək, qara şalvar və ağ pencək geyinib. Onun saç düzümü o vaxtkı həyat yoldaşı ilə eyni olub - yalnız saç rəngi fərqlənibi.

Kirkorov və Puqaçovanın toy mərasimindən çəkilmiş fotonu görən pərəstişkarlar arasında fikir ayrılığı yaranıb. Bəziləri sənətçinin təxminən 30 il əvvəl olduğu kimi bu gün də təkrarolunmaz göründüyünü yazıb, bəziləri isə bildirib ki, iki dəfə evlənmək düz deyil. Primadonnanın Rusiyadan getməsinə görə onu iynələyənlər də olub.

Sosial mediadan reaksiyalar:
"Sonra yadıma düşdü ki, yəhudidir..."
"Din milliyyətə görə deyil, ruhun çağırışına görədir. Başqa bir sual: necə boşandılar?"
"Ruhu İsraildədir. Bəs niyə mərasimi Rus Pravoslav Kilsəsində keçirib? Yoxsa o vaxt Puqaçovanın öz ruhundan/millətindən xəbəri olmayıb?"
"Qocalıq xoş deyil".

"Mənə isə elə gəlir ki, baş verənlərə görə onu günahlandırmaq lazım deyil! Alla burada model kimi gözəldir. Və illər keçdikcə, yeri gəlmişkən, bu, praktiki olaraq dəyişməyib".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->