Xəbər lenti

Somalidə bir terrorçu azarkeşlərin Avro 2024-ə baxdığı kafedə özünü partlatdı
Dünya 17:26 15.07.2024

Somalidə bir terrorçu azarkeşlərin Avro 2024-ə baxdığı kafedə özünü partlatdı

Somalinin paytaxtı Moqadişoda azarkeşlərin Avro 2024-ə baxdığı kafedə terrorçu-kamikadze özünü partladıb. Ölənlər var.

Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə "Kaab Somali TV” məlumat yayıb.

Prezident sarayının yaxınlığındakı məşhur "Top Coffee” kafesində terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 10-dan çox adamın öldüyü, naməlum sayda şəxslərin isə yaralandığı bildirilir.

Partlayış AVRO-2024-ün İngiltərə və İspaniya matçını izləyən futbol azarkeşlərini hədəf alıb. Hücum yerli vaxtla 23:00-da baş verib, qurbanların sayı açıqlanmayıb. Hələlik heç bir qrup hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Hadisə yerinə gələn şahidlər dəhşətli mənzərəni təsvir ediblər. Onlar bildiriblər ki, cəsədlər əraziyə səpələnib, hər yerdə qan izləri var, bina qismən dağılıb. 

Partladılan ərazi təhlükəsizlik tədbirləri ilə tanınır və Moqadişunun Bondhere rayonundakı əsas keçid məntəqəsinin yaxınlığında yerləşir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->