Los-Anceles məhkəməsi reper Snup Doqqun (əsl adı Calvin Cordozar Broadus Jr) qarşı cinayət işini rəsmən bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nəşrin yazdığına görə, Snup Doqq şəxsən hakimdən bütün sənədləri arxivləşdirməyi xahiş edib. 2024-cü ilin yanvarında məhkəməyə müraciət eedib və onlar razılaşıblar.
Söhbət 1993-cü ildə Doqqla rəqabət aparan dəstə üzvlərindən biri Filip Voldermariamın ölümü ilə nəticələnən cinayətdən gedir. Həmin vaxt reper hələ musiqi karyerasının başlanğıcında idi.
Üç il sonra istintaq cinayətin günahkarının Snup Doqqun mühafizəçisi olduğunu müəyyən edib. Reper bütün ittihamlardan bəraət alsa da, 28 il sonra musiqiçi məhkəmədən ona qarşı cinayət işinə xitam verilməsini istəyib.
Aydın
Şərhlər