Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun deputat kimi fəaliyyətinə son verilə bilər.
Qaynarinfo xəbər verir ki, Naxşıvan MR Ali Məclisinin deputatı olan Seymur Talıbovun qurumun son iclasına qatılmaması onun mandatını təhlükə altına qoyub.
Məlumat üçün deyək ki, yanvarın 10-da altıncı çağırış Naxçıvan MR Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. İclasa nə Seymur Talıbov, nə də atası Vasif Talıbov qatılıb.
Seymur Talıbov Ali Məclisə 25 saylı Naxşıvan şəhər Seçki Dairəsindən, Vasif Talıbov isə 7 saylı Aralıq Seçki Dairəsindən seçilib.
Vasif Talıbov həm də Milli Məclisin deputatıdır. Bu günlərdə yayılan məlumata görə, Milli Məclisin yaz sessiyasında onun mandatı ləğv
edilə bilər.
İddia olunur ki, bundan sonra Seymur Talıbovun da mandatı ləğv ediləcək. O, faktiki olaraq Ali Məclisin iclaslarını boykot edib. Bəzi məlumatlara görə isə talıbovlar artıq deputat kimi də faəliyyət göstərə bilməyəcəklərini anlayaraq iclaslara qatılmayıb.
Seymur Talıbov barəsində başqa bir məlumat isə onun diplomu ilə bağlıdır. Qaynarinfo
məlumat yaymışdı ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinə (BDU) qəbul olunub. Bu məlumat onun diplomunun saxta olub-olmadığını gündəmə gətirib.
2003-cü ildə Azərbaycanın təhsil naziri Misir Mərdanov olub. Bu baxımdan, media məsələ ilə bağlı onu danışdırıb. Lakin keçmiş nazir Seymur Talıbovun 15 yaşında necə BDU-ya qəbul olması ilə bağlı konkret fikir söyləyə bilməyib.
Məlumatlara görə, medianın Seymur Talıbovun 15 yaşında BDU-ya qəbul olunması barədə xəbəri gündəmdə saxlaması bu məsələnin araşdırılacağı ilə bağlı ola bilər.
Seyid
Şərhlər