Ağstafanın İH başçısı Seymur Orucov Ağstafaçay çayının sol sahil yaşayış məntəqələrindən olan Xılxına kəndində vətəndaşları ilə növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda Ağstafa RİH başçısının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri iştirak ediblər.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, şanlı Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən geniş söz açıb.
Səyyar qəbulda müraciət və təkliflərlə çıxış edən sakinlər dinlənilib . Qaldırılan məsələlər müzakirə olunaraq yerində araşdırılıb və həllərinə dair tədbirlər müəyyənləşdirilərək nəzarətə götürülüb.
Qeyd olunub ki, Xılxına yaşayış məntəqsində son olaraq görülən işlər çərçivəsində 5 ədəd subartezian və 2 ədəd elektrik transformatoru təmir olunaraq əhalinin istifadəsinə verilib, qəzalı vəziyyətdə olan 8 ədəd elektrik dayağı yenisi ilə əvəzlənib, kənd tam orta məktəb binasında müasir qaydada mərkəzi istilik sistemi quraşdırılıb, kənddaxli yolların təmiri çərçivəsində daha 1,8 km uzunluğunda yol xırlanaraq avtoqreyderlə hamarlanıb, 2,6 km uzunluğunda suvarma arxı lildən təmizlənib.
Şərhlər