2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən uqandalı qaçışçı Rebekka Çepteqi sevgilisinin hücumuna məruz qaldıqdan sonra dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Uqanda Atletika Federasiyasının X sosial şəbəkəsindəki hesabı məlumat yayıb.
"Məişət zorakılığının faciəvi şəkildə qurbanı olmuş idmançımız Rebekka Çepteqinin vəfatı bizi dərindən kədərləndirdi. Biz bu cür hərəkətləri pisləyir və ədalətə çağırırıq. Ruhu şad olsun", deyə mesajda qeyd edilir.
Qeyd edək ki, sentyabrın 1-də uqandalı olimpiada iştirakçısı Rebekka Çepteqey keçmiş sevgilisi tərəfindən yandırılıb. İdmançının bədəninin 75%-i yanıb və xəstəxanaya yerləşdirilib. Hadisə qızın yaşadığı və məşq etdiyi yerdə keçmiş sevgilisi ilə dava zamanı baş verib.
Rebekka Çepteqi bu yaxınlarda Paris Olimpiadasında Uqandanı təmsil edib və sonra Keniyaya qayıdıb.Polis bildirib ki, Rebekka adətən məşq etdiyi Trans-Nzoya rayonundakı evində hücuma məruz qalıb. Hadisəni onun keçmiş sevgilisi Dikson Ndima törədib.
Trans-Nzoya rayon polis komandiri Jeremiah Ole Kosiom bildirib ki, Dikson bir banka benzin alıb, onu Rebekkanın üzərinə töküb və sonra yandırıb. Diksonun davranışına səbəb cütlük arasında mübahisə olub.
Yerli KİV-in məlumatına görə, yanğın o qədər güclü olub ki, qonşular onu söndürməyə kömək etməli olublar. Keniyanın "The Nation" qəzetinin məlumatına görə, polis hadisə yerində beş litrlik kanistr, çanta və yanmış telefon tapıb.
Aydın
Şərhlər