Xəbər lenti

Səudiyyə Ərəbistanı və BƏƏ-dən sonra Türkiyə Misirlə də əlaqələrini bərpa edir
Dünya 16:41 02.05.2022

Səudiyyə Ərəbistanı və BƏƏ-dən sonra Türkiyə Misirlə də əlaqələrini bərpa edir

Səudiyyə Ərəbistanı və Birləşmmiş Ərəb Əmirlikləri ilə əldə edilmiş uğurdan sonra Türkiyə Misirlə münasibətləri normallaşdırmaq üçün çalışır.

Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Misirlə proses daha əvvəl başlamışdı, ancaq o bir az yavaş gedir. Məsələn, bu Birləşmiş Ərəb Əmirlikləri ilə başladı və sürətli getdi. Bəhreynlə də həmçinin.
 
Səudiyyə Ərəbistanı ilə də başlamış bir proses var, danışıqlar davam edir. Sonuc olaraq münasibətlərimizi normallaşdırmaq bizim strategiyamızın tərkib hissəsidir, - deyə Çavuşoğlu bildirib.

O, Misirlə növbəti danışıqların nazir müavinləri və ya nazirlər səviyyəsində ola biləcəyini bildirib.

"Biz əlaqələrimizi artıracağıq. Beynəlxalq platformalarda bir-birimizə qarşı olmamaq prinsipini qəbul edirik”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, keçən həftə Türkiyə prezidenti Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri baş tutub. Səudiyyə Ərəbistanı Kralı və vəliəhdi ilə görüşən Ərdoğan səfərinin ölkələr arasında hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq erası açacağına ümid etdiyini bildirib.

Türkiyə hazırda region ölkələri ilə münasibətləri normallaşdırmaq siyasətinə başlayıb. Regionda Türkiyənin münasibətlərinin korlandığı ölkələrdən biri də Misirdir.

Misirlə münasibətlər 2013-cü ildə prezident Məhəmməd Mursinin Misir ordusu tərəfindən vəzifəsindən uzaqlaşdırılmasından sonra pozulub.

İki ölkə həmçinin dənizdəki sərhədləri, sulardakı təbii resurslar və Liviya konfliktindəki fərqli mövqelərinə görə prolemlər yaşayıblar.

Hazırda isə hər iki ölkə bir-birinə qarşı ictimai ittihamları və sərt ritorikanı azaldıb və münasibətlərin normallaşdırılması üçün çalışır. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->