Xəbər lenti

Sərhəddəki Belarus qoşunları Ukrayna üçün təhlükə yaratmır
Dünya 13:50 26.08.2024

Sərhəddəki Belarus qoşunları Ukrayna üçün təhlükə yaratmır

Ukrayna sərhədinə yaxın yerləşdirilən Belarus qoşun qruplaşmasının şəxsi heyətinin sayı min nəfərdən bir qədər çox qiymətləndirilir. Bu qədər qüvvə Ukrayna üçün təhlükə yaratmır.

Bu barədə Qaynarinfo "Belaruski Qayun” monitorinq qrupuna istinadən xəbər verir.

Bununla, qrup Ukrayna Xarici İşlər Nazirliyinin Belarusu təlimlər adı altında Qomel vilayətində cəmləşən texnika ilə qoşunlarını və "Vaqner” muzdlularını geri çəkməyə çağıran bəyanatına reaksiya verib.

"Belaruski Qayun”un məlumatına görə, hazırda bu regionda 1100-ə yaxın əsgərdən ibarət Belarus hərbi qruplaşması var və bu, Ukrayna üçün birbaşa təhlükə yaratmır.

Bundan əlavə, bu qüvvələr Ukrayna sərhədindən 50 kilometr dərinlikdə yerləşir.

"Biz inanırıq ki, sərhəddə vəziyyətin hazırkı gərginləşməsi hərbi deyil, informasiya və siyasi məqsədlər güdür”, - "Belaruski Qayun” yazır.

Xatırladaq ki, avqustun 10-da, yəni Ukraynanın Kursk vilayətində hücumuna başlayandan bir neçə gün sonra Belarus Ukrayna ilə həmsərhəd rayonları gücləndirmək üçün "İsgəndər” və "Polonez” raket kompleksləri ilə qoşun göndərəcəyini bəyan edib.

Daha sonra, avqustun 18-də Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə Belarus Respublikası Silahlı Qüvvələrinin ordusunun təxminən üçdə birini Ukrayna ilə sərhədə cəmləşdirib. O, bu təşəbbüsü orada 120 mindən çox Ukrayna Silahlı Qüvvələrinin yerləşməsi ilə əlaqələndirib.

Avqustun 25-də axşam Ukrayna Xarici İşlər Nazirliyi Belarusu təxribatlara qarşı xəbərdar edib və "Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəvi səhvlərə yol verməməyə” çağırıb. Nazirlik həmçinin Minski qoşunları Ukrayna sərhədindən Belarusda mövcud olan atəş sistemlərinin əhatə dairəsini aşan məsafəyə çıxarmağa çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->