Serbiya Futbol İttifaqı Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) məktub göndərərək, milli komandanın Avropa çempionatında Xorvatiya və Albaniya millilərinin bir-birləri ilə keçirdiyi oyun günü onların azarkeşlərinin anti-serb şüarlarına görə cəzalandırılmasını tələb edib.
Qaynarinfo bu barədə Sportklub-a istinadən xəbər
verir.
Çərşənbə günü, iyunun 19-da alban və xorvatiyalı azarkeşlər milli komandalarının oyununu mehribanlıq şəraitində keçiriblər. Xüsusilə də Balkan azarkeşlərini qonşuları Serbiyaya olan nifrətləri birləşdirib.
Milli komandaların fanatları birlikdə "Serbi öldür" kimi bir neçə anti-serb şüarı səsləndiriblər. Final fitindən sonra Albaniya millisinin hücumçusu Mirlind Daku azarkeşlərə qoşulub. O, həmçinin meqafon vasitəsilə serblərə və makedoniyalılara qarşı təhqiramiz şüarlar səsləndirib.
Serb futbol rəsmiləri Dakunun davranışını pisləyib və UEFA-nı Albaniya və Xorvatiyaya qarşı "sərt sanksiyalar" tətbiq etməyə çağırıb. Cavab olmasa, Serbiya Avro-2024-də iştirakdan imtina barədə düşünməyə söz verib. Serblərin tələbləri Şimali Makedoniya Futbol Federasiyası tərəfindən qismən dəstəklənib, baxmayaraq ki, komanda çempionatda mübarizə aparmır.
Bundan əvvəl Serbiya İngiltərə yığması ilə oyunda öz azarkeşlərinin davranışına görə 14,5 min avro cərimələnib.
Nizami Bağırov
Şərhlər