Xəbər lenti

Serb prezidentdən oğlunun da iştirak etdiyi Avro 2024-də baş verən davaya reaksiya
Dünya 13:10 25.06.2024

Serb prezidentdən oğlunun da iştirak etdiyi Avro 2024-də baş verən davaya reaksiya

Serbiya prezidenti Aleksandar Vuçiç Avro-2024-ün keçirildiyi Almaniyanın Gelzenkirxen şəhərində futbol azarkeşləri arasında dava zamanı görüntülənən oğlu Daniilo ilə insidenti şərh edib.

Qaynarinfo xəbər verir ki, Vuçiçin bəyanatını "Novosti” portalı yayıb.

Serbiya prezidenti iddia edir ki, böyük oğlu Daniilo Almaniyanın "Şalke” futbol klubunun azarkeşlərinin hücumuna məruz qalan kafedə butulka və stul atmağa başlayıb.

O, Daniilo və bu kafedə olan digər serblərin sadəcə özlərini müdafiə etdiklərini və oğlunu qınamağa heç nəyin olmadığını deyir.

"Mənim utanmalı heç nəyim yoxdur, onu qınayacaq əsasım yoxdur (Daniilo – Red.) Bu insanlar yalnız özlərini müdafiə edirdilər”, - Vuçiç deyib.

O, əlavə edib ki, alman polisinin bəzi serb azarkeşləri həbs etməyə çağırmasının səbəbi "maraqlıdır".

"Problemləri həll etmək üçün çox maraqlı bir yanaşmadır, çox maraqlı - sizə stul və şüşə ilə hücum edildikdə siz nə etməlisiniz, bilmirəm", - Vuçiç deyib.

Serbiya prezidenti övladlarına qarşı zorakılığın onun işinin ayrılmaz hissəsi olduğunu və buna dözməyə məcbur olduğunu deyib.

"Mən oğlumu sevirəm və onunla fəxr edirəm. Bunda heç bir problem görmürəm və o, heç bir şəkildə atasını utandırmır", - Vuçiç bildirib.

Keçən həftə məlum olub ki, Almaniyanın Gelzenkirxen şəhərində serb və ingilis azarkeşlər arasında baş verən davada Serbiya prezidenti Aleksandar Vuçiçin oğlu Danilo da iştirak edib.

Xatırladaq ki, ötən il Danilo Vuçiç qismən tanınan Kosovoda olarkən saxlanılıb  və üzərində "anti-Kosovo yazısı” olan köynəyi çıxarmaq əmri verilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->