"Pənah Hüseynin partiyanın sədri vəzifəsində qalıb-qalmaması məsələsi özünün qəbul edəcəyi qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədr müavini Qiyas Sadıqov partiyanın sədri Pənah Hüseynin istefası ilə məlumatlara aydınlıq gətirərkən deyib.
Qiyas Sadıqov bu məsələ ilə bağlı Pənah Hüseynlə müzakirə aparmadığını da əlavə edib:
"Mənim bu mövzuda Panah bəylə söhbətim olmayıb. Sentyabrın 29-da partiyanın idarə heyətinin iclası keçiriləcək. İclasda bu və başqa məsələlər geniş müzakirə olunacaq. Orada Panah bəyin qərarı da açıqlanacaq".
Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq partiyanı buraxacağını və istefaya gedəcəyini açıqlayıb.
Bahar Rüstəmli
Şərhlər