Xəbər lenti

Sayımız niyə azalır? -
Ölkə 16:08 30.05.2024

Sayımız niyə azalır? - "Övladına verməli olduğu sevgisini itə verir"

"Doğuşların sayının azalması əhalinin sayının azalmasına səbəb olur. Bir ananın illər öncə orta hesabla dünyaya gətirdi uşaq sayı 6-7 idisə, bu gün həmin rəqəm 1 və ya 2-yə düşüb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub Azərbaycanda uşaqların sayının kəskin azalması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. 

Sosioloq bunun konkret səbəblərini belə izah edib:

"Birincisi, boşanmaların sayının kəskin çoxalmasıdır. Əgər boşanmalar çoxdursa, o zaman dünyaya uşaq gətirmə potensialı azalır. İkinci səbəbi həyatın moderinləşməsidir. Müasirləşən həyatda təəssüflər olsun ki, insanlarda övlada qarşı istək azalır. Görün nə qədər adam şəhərdə it gəzdirir. Nə qədər adam itlə yaşayır. Bu adamlar sevgisini övladına verməli olduğu halda onu itə verir. İnsanı deyil, heyvanla yaşamağı üstün tutur". 

Mail Yaqub hesab edir ki, bu, müasir dünyanın bizə gətirdiyi pis vərdişlərdən biridir:



"Düzdür, bu yazıdan sonra bizi heyvansevənlər topa tutacaq. Ancaq bu gün bizim reallığımız ortadadır. Biz gözümüzü açıb faktı görməliyik. Əslində bu həyacan təbilidir".

Sosioloqun sözlərinə görə, proses belə davam etsə, vəziyyət bundan da pis olacaq: 

"Azərbaycanda əhalinin sayı azalacaq. Artım yoxdursa, əhalinin qocalması baş verəcək, necə ki, Avropada bu gün belədir. Avropa qocalıb, qocalmaqda da davam edir. Ona görə də mühacir qəbul edirlər". 

İtisadçı ekspert Samir Əliyev Azərbaycanda isə uşaqların sayının azalması ilə bağlı statistikanın izahını verib:
 


"Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğlulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır? Bunu statistikamız deyir. Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31.8%-i 17 yaşına qədər uşaqlar təşki edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb. Azalma özünü daha çox qız uşaqlarında göstərir. Bu müddətdə oğlan uşaqlarının sayı 2.1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2.5%-dən 3.7%-ə yüksəlib”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->