Xəbər lenti

Saxta adla oynadığı idda edilən futbolçu çempionatdan qovuldu
İdman 19:09 19.09.2023

Saxta adla oynadığı idda edilən futbolçu çempionatdan qovuldu

ABŞ-nin MLS liqası təmsilçisi "Monreal"da çıxış edən Matko Milyeviçin müqaviləsinə qəribə səbəbə görə xitam verilib.

Qaynarinfo-nun məlumatına görə, ötən həftə Kanada mətbuatında 22 yaşlı yarımmüdafiəçinin saxta adla həvəskarlar liqasında çıxış etdiyi və matçdan sonra rəqibinə yumruq atdığı barədə xəbərlər yer alıb. Bu səbəbdən MLS onunla müqaviləyə xitam verildiyini və Milyeviçin bir daha peşəkar liqalarda futbol oynaya bilməyəcəyini açıqlayıb. Yarış təşkilatçıları buna səbəb kimi futbolçunun liqaya zərər verəcək davranışlarını göstərib.

Argentinanın "Argentinos” komandasının akademiyasında futbolun sirlərini öyrənməyə başlayan Milyeviç 2021/22 mövsümündə "Monreal"a transfer olunub. Karyerası ərzində 60 matçda meydana çıxan yarımmüdafiəçi bu müddət ərzində dörd qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->