Xəbər lenti

Samuel Mutussami:
İdman 18:32 18.09.2022

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

"İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər".

"Report"un məlumatına görə, bunu Fransanın "Nant" komandasının futbolçusu Samuel Mutussami "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib: "Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi".

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->