Avqustun 10-da Böyük Britaniyanın keçmiş baş naziri və BMT-nin hazırkı təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braun Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Əfqanıstandakı hakim Taliban rejiminin insanlığa qarşı cinayətlərini araşdırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, Braunun sözlərinə görə, Taliban qadınları və qızları ayrı-seçkiliyə və repressiyaya məruz qoyur, onlara işləməyi və oxumağı qadağan edir, vətəndaş hüquqlarını pozur.
"Taliban qadınlara qarşı geniş miqyaslı ayrı-seçkilik həyata keçirir, onlara universitetlərə, məktəblərə, ictimai yerlərə getməyi, hətta kişi müşayiəti olmadan küçədə sadəcə gəzməyi qadağan edir. Beləliklə, onlar sistematik olaraq qadınların və qızların hüquqları pozurlar", deyə sabiq baş nazir bildirib.
Qordon Braun həmçinin Britaniya hökuməti və müttəfiqlərini qadınlara qarşı sistematik ayrı-seçkilik və repressiyalara, habelə onların hüquqlarını qoruyanların təqibinə görə Taliban rejiminə qarşı sanksiyalar tətbiq edərək, tədbir görməyə çağırıb: "Bu, bəşəriyyətə qarşı əsl cinayətdir və bu cinayətlərdə iştirak edənlərə qarşı təhqiqat və tədbir görülməsini tələb edir".
Aydın
Şərhlər