"Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.
Bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu dəqiqələrdə Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.
Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: "Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.
Şərhlər