Rusiyada sosial partlayışlar o zaman baş verir ki, ruslar bəzi dəyişikliklərə ən azı minimal ümid bəsləyirlər. Buna misal olaraq, səfər etdiyi şəhərlərdə dəstəklənən "Vaqner”in yaradıcısı Yevgeni Priqojinin "yürüşünü” göstərmək olar.
Qaynarinfo xəbər verir ki, bu barədə müxalifətdə olan rusiyalı politoloq İvan Preobrajenski "RBC-Ukrayna”ya müsahibəsində
danışıb.
"Sosial partlayış elə bir anda baş verir ki, çox vaxt tamamilə naməlum səbəblərdən və ya tamamilə gözlənilməz təsadüflər nəticəsində kollektiv fəaliyyət nöqtəsi yaranır. Birdən böyük insan kütləsi başa düşür ki, burada və indi baş verənlərə təsir edə bilərlər”, – deyə Preobrajenski bildirib.
Politoloqun izah etdiyi kimi, yuxarıda qeyd olunan məqamlar o zaman yaranır ki, hakimiyyətlə güc strukturları arasında koordinasiya yoxdur, nəticədə ikincilər fasilə verir və öz vəzifələrini yerinə yetirmirlər.
Preobrajenskinin fikrincə, ən çox ehtimal olunan məqamlardan biri Kremllə regional elita arasında toqquşmadır. Son vaxtlar orta biznes təzyiq altındadır. Keçmiş deputat Viktor Medvedçuk Rusiyaya gəldikdən sonra artıq orta səviyyəli rusiyalı iş adamlarından ələ keçirilən bir neçə milyardlıq biznes alıb.
Eyni zamanda, diktator özü qubernatorlara könüllü taborlar yaratmağa icazə verir. O da ola bilər ki, hüquq-mühafizə orqanları sonda yerli rəhbərliyə daha çox sədaqət nümayiş etdirib, onların tərəfini tutacaq. Oxşar vəziyyət Başqırdıstanda da baş verib, polis bir müddət etirazçıları dayandırmayıb.
"İnqilab gələcək nəsillər haqqında və ən arxaik şəkildə - "övladlarımızın yaşamalı olduğu” torpaq haqqında olmalıdır. Bu iki amil bir araya gələndə insanlar etirazlarını yatızdırılacaqlarını bildiyi halda belə etiraza çıxacaqlar. Başqırdıstanda, yeri gəlmişkən, etiraz dərhal yatırılmadı, çünki polis əməkdaşlarının özləri burada yaşayır və əhalinin əksəriyyəti ilə eyni şəkildə reaksiya verirlər”, - politoloq əlavə edib.
Nizami Bağırov
Şərhlər