Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Unleashed" adlı xatirələrində 2022-ci ildə müharibə başlayandan sonra Kiyevə ilk səfərindən danışıb və onun sülh danışıqlarını pozması ilə bağlı ittihamlara cavab verib.
Qaynarinfo bu barədə RBC-ya
istinadən xəbər verir.
Conson bildirib ki, o, danışıqların pozulmasına görə ittiham olunmasından təəccüblənib. Onun sözlərinə görə, Almaniyada və digər ölkələrdə belə qiymətləndirmə adi haldır.
Sabiq baş nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiyanın şərtləri ilə razılaşmaq niyyətində olmayıb. O qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski bu şərtlərlə sülh sazişi ilə razılaşsaydı, prezident kreslosunda beş dəqiqədən çox otura bilməzdi.
"Rusiyanın təklifləri mahiyyət etibarı ilə Ukraynanı alçaltmaq, müstəqil ölkəni yenidən Rusiyanın vassalına çevirməkdən ibarət idi", deyə Conson kitabında yazıb.
O əlavə edib ki, Kiyevə yalnız Zelenskini dəstəkləyəcəyinə əmin etmək üçün gəlib. Keçmiş baş nazir qeyd edib ki, onun funksiyası sövdələşmənin qarşısını almaq və ya Rusiya prezidenti Vladimir Putinin "gözəl sülh planını" batırmaq olmayıb.
2023-cü ilin dekabrında "Xalqın xidmətçisi” partiyasının fraksiyasının rəhbəri Devid Araxamiya bildirib ki, Conson 2022-ci ilin yazında Kiyevi Rusiya ilə hər hansı sülh müqaviləsi imzalamaqdan çəkindirib və sadəcə döyüşməyi təklif edib. Conson qeyd edib ki, o, Kiyevin 2022-ci ildə Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə razılıq verməsindən çox ehtiyat edib. Danışıqların belə nəticəsi, siyasətçinin fikrincə, Qərbə sərfəli olmazdı.
Aydın
Şərhlər