Xəbər lenti

Rusiya ordusunun Baş Qərargah rəisi vəzifəsindən gedib? - Sənəddə yeni imza
Dünya 18:00 13.03.2024

Rusiya ordusunun Baş Qərargah rəisi vəzifəsindən gedib? - Sənəddə yeni imza

Rusiya ordusunda Baş Qərargah rəisi dəyişmiş ola bilər. Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun imzalayacağı sənədlərdən birində yeni səlahiyyətləri icra edən məmurun imzası diqqət çəkib.

Bu barədə Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir.

Normativ hüquqi aktlar portalında "hökumətin Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general-polkovnik V. Poznixir" tərəfindən razılaşdırılmalı olan qərarın layihəsi dərc edilib.

Bundan əvvəl Baş Qərargahın rəhbəri Valeri Gerasimov olub. Hansı səbəbdən onun vəzifələrini müvəqqəti icra edən birinin peyda olduğu məlum deyil. 

Nəşrin məlumatına görə, portalda sənəd layihəsinin dərc edildiyini nəzərə alsaq, Gerasimovun məzuniyyətdə olduğunu deməyə əsas yoxdur: qərar razılaşdırılarkən məzuniyyət artıq başa çatmalı idi.

Qeyd edək ki, Gerasimovun fəaliyyəti ilə bağlı son xəbərlər fevralın 26-a təsadüf edib: Müdafiə Nazirliyinin məlumatına görə, o, hərbçilərə bir sıra mükafatlar təqdim edib. 

Onu da qeyd edək ki, Viktor Poznixir Rusiya Silahlı Qüvvələrin Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin birinci müavinidir. Bu ilin fevral ayının 19-da Rusiya prezidenti Vladimir Putin ona general-polkovnik rütbəsi verib.

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->