Xəbər lenti

Rusiya OPEK-dən çıxarıla bilər - WSJ
Ekonomiks 13:38 01.06.2022

Rusiya OPEK-dən çıxarıla bilər - WSJ

Neft ixrac edən ölkələr təşkilatının (OPEC) bəzi üzvlərinin nümayəndələri Rusiyanı bu qurumdan kənarlaşdırmaq imkanını nəzərdən keçirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat yayıb. 

Nəşr qeyd edir ki, ölkələr sanksiyaların və Avropa İttifaqı tərəfindən neft idxalına qoyulan qadağanın "Rusiya Federasiyasının daha çox istehsal etmək qabiliyyətini təhdid edəcəyindən” narahatdırlar. Artıq bu il hasilat minimum 8% azaldıla bilər.
 
Əgər Rusiya OPEK-dən çıxarılarsa, o zaman Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla digər ölkələr hasilatı artıra biləcəklər. Avropa İttifaqı və ABŞ onlardan bunu xahiş edir.

Hazırda Rusiya Federasiyasının OPEK-dən könüllü çıxmağa razı olub-olmayacağı məlum deyil.
 
Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->