Rusiyanın nüvə silahından istifadə təhdidləri Qərb paytaxtlarında ciddi müzakirələrə səbəb olub, lakin analitiklər bildirirlər ki, Rusiya prezidenti Putinin qırmızı xətləri getdikcə daha az inandırıcı olur.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” nəşri Rusiyanın dərinliklərinə zərbələrlə bağlı müzakirələri təhlil edərək
yazır.
Beləliklə, bir analitikin fikrincə, Kreml nüvə mövzusu ilə eskalasiyaya getməsə də, son vaxtlar Avropada təxribat cəhdləri və Şimali Koreya kimi Qərb düşmənlərinə dəstək verməklə öz reaksiyasının miqyasını genişləndirib.
Nəşr Moskva Ali İqtisadiyyat Məktəbinin professoru Dmitri Trenindən sitat gətirir: "Mən düşünmürəm ki, Putin Qərb ictimaiyyətinin gözündə öz nüfuzundan narahatdır”.
Analitiklərin dediyi kimi, buna cavab olaraq, Qərb ölkələri "pişim-pişim” taktikasından istifadə edərək tədricən tədbirləri sərtləşdirir.
Rusiyanın özü isə bu "kiçik addımlara” icazə verilməyə davam edərsə, iki ildən sonra Kremlə birbaşa raket hücumlarının şahidi olacağından narahatdır.
Berlindəki Karneqi Rusiya-Avrasiya Mərkəzinin eksperti Aleksandr Qabuyevin fikrincə, Rusiya Federasiyasında bunun qarşısını almaq üçün bütün vasitələr var. Bunlar həm hərbi hərəkətlər, həm də Kremlin məğlubiyyətdən son sığorta kimi baxdığı nüvə təhlükəsidir. Bu cür vasitələrə həmçinin hibrid hücumlar - kiber əməliyyatlar, silahların ABŞ düşmənlərinə ötürülməsi və təxribat daxildir.
Nəşr xatırladır ki, ABŞ dövlət katibi Entoni Blinken bundan əvvəl Rusiya Federasiyasının nüvə texnologiyaları da daxil olmaqla "İranla onun ehtiyac duyduğu texnologiyaları paylaşdığını” bildirib.
Nizami Bağırov
Şərhlər