Xəbər lenti

Rusiya Fransanın Nigerdəki uran aktivlərini ələ keçirməyə çalışır
Dünya 20:17 03.06.2024

Rusiya Fransanın Nigerdəki uran aktivlərini ələ keçirməyə çalışır

Rusiya Qərbin Afrikadakı maraqlarına növbəti zərbə kimi Nigerdə Fransa dövlətinin nəzarətində olan şirkətinə məxsus uran aktivlərini ələ keçirməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Rusiyanın dövlət nüvə şirkəti "Rosatom” Fransanın "Orano SA” şirkətinin aktivlərinin alınması ilə bağlı Niger hərbi hakimiyyət orqanları ilə əlaqə saxlayıb. Bu barədə Moskvadakı mənbə bildirib. Bölgədə işləyən Qərb diplomatı  danışıqların çox güman ki, mədən icazələri ətrafında cərəyan edəcəyini söyləyib. 

Ümumdünya nüvə assosiasiyasının məlumatına görə, 2022-ci ildə dünya uran mədəni istehsalının təxminən 4%-i Nigerin payına düşür.

"Rusiya Afrikadakı iqtisadi, diplomatik və hərbi əlaqələrini, o cümlədən Nigerdəki çevrilişdən sonra gücləndirir və onlar dünyanın bu hissəsini strateji investisiya fürsəti kimi görürlər. "Rosatom” əl-ələ verib Afrikada uran investisiyalarını şaxələndirir ", deyə Beynəlxalq sülh naminə Karnegi Fondunun nüvə analitiki Mark Hibbs bildirib.

"Rosatom”un Nigerdə nə qədər aktiv axtardığı bəlli deyil və Moskvadakı mənbə müzakirələrin hələ erkən mərhələdə olduğunu, satış şərtlərinin hələ müəyyən edilmədiyini izah edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->