Xəbər lenti

Rusiya DİN Estoniyanın baş naziri Kaya Kallası axtarışa verdi
Dünya 12:35 13.02.2024

Rusiya DİN Estoniyanın baş naziri Kaya Kallası axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası axtarışa verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS idarənin məlumat bazasına istinadən yazıb.

"Kallas Kaya. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", deyə məlumat bazasında qeyd edilir. 

Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın dövlət katibi Taimar Peterkopu da cinayət ittihamı ilə axtarışda olanlar siyahısına salıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->