Xəbər lenti

Rusiya Baltik dənizində sərhədlərini genişləndirmək istəyir - Ölkələr reaksiya verdi
Dünya 13:15 22.05.2024

Rusiya Baltik dənizində sərhədlərini genişləndirmək istəyir - Ölkələr reaksiya verdi

Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyasının Baltik dənizində - Litva və Finlandiya sərhədləri yaxınlığında ərazi sularının genişləndirilməsini təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə mayın 21-də "Moscow Times” Rusiya hökumətinin qərar layihəsinə istinadən yazır.

Sənədə əsasən, Rusiya Federasiyası Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.

Finlandiya ilə sərhəddə Rusiya hökuməti Yəhi, Sommers, Qolland, Rodşer, Malıy Tyuters, Viqrund adalarının ərazisində, eləcə də Narva çayının şimal giriş burnu yaxınlığında koordinatları tənzimləmək niyyətindədir. Litva ilə sərhəddə, Kurş, Taran və Baltiysk əraziləri yenidən nəzərdən keçiriləcək.

Rusiya rəsmiləri bildiriblər ki, 1985-ci ildə qurulan koordinatlar "mövcud coğrafi vəziyyətə tam uyğun gəlmir”.

Öz növbəsində, Litva Xarici İşlər Nazirliyi bu təşəbbüsə artıq reaksiya verib və bunu qonşu ölkələri qorxutmaq üçün düşünülmüş, məqsədyönlü, eskalasiya xarakterli təxribat adlandırıb. Litva bunu Rusiya Federasiyasının bütün Avropanın təhlükəsizliyini təhdid etdiyini göstərən növbəti sübut hesab edir.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen qeyd edib ki, onun rəhbərlik etdiyi qurum mətbuatda yayılan detalları dəqiqləşdirir. Onun sözlərinə görə, BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin dəniz zonalarının müəyyən edilməsi, o cümlədən onlara yenidən baxılması ilə bağlı müddəalar var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->