Xəbər lenti

Rusiya Avropya raket atarsa... (ŞƏRH)
Dünya 11:51 16.07.2024

Rusiya Avropya raket atarsa... (ŞƏRH)

"Avropa şəhərlərinə Kremlin zərbələr endirməsi barədə deyilənlər çox şişirdilib. Belə hal baş verərsə, bu, Rusiyanın özünün məhv edilməsi ilə yekunlaşacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ABŞ raketlərinin Avropa paytaxtlarında yerləşdirilməsi fonunda həmin şəhərləri hədəf ala biləcəkləri barədə fikirlərini şərh edərkən deyib.

Zərdüşt Əlizadə vurğulayıb ki, Rusiya bütün hallarda Qərb paytaxtlarına heç bir zərbə endirməyəcək:

"Rus xalqının istismarı hesabına ciblərini dolduran adamlar ölmək istəməz. Bilirlər ki, Avropa şəhərlərinə zərbə endirmək istəsələr, özləri də məhv olacaqlar. Çünki NATO-nun hərbi gücü Rusiyanın hərbi gücündən dəfələrlə çoxdur. Bu mənada Avropa şəhərlərinə Kremlin zərbələr endirməsi Rusiyanın özünün məhv edilməsi demək olardı. Ona görə də Kremldə oturanların bu sayaq açıqlamaları boş söhbətlərdir".



Politoloq bildirib ki, belə açıqlamalar daxili və xarici auditoriyaya hesablanıb:

"Bununla həm daxildə, həm də xaricdə ictimai rəyə təsir etmək istəyirlər. Boş, səfeh sözlərdir". 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ raketlərinin Avropada yerləşdirilməsinə cavab olaraq Rusiyanın həmin şəhərləri hədəf alacağını deyib:

"ABŞ-ın raketlərini Avropaya yerləşdirməsi Rusiya tərəfindən Amerikanın uzaqmənzilli silahlarının yerləşəcəyi dövlətlərin paytaxtlarına zərbələrlə təhdid edir. Amerika pul qazanmağa davam edir, Avropa bizim raketlərimizin, ölkəmiz isə Avropada yerləşən Amerika raketlərinin hədəfindədir. Bizim bu raketlərin qarşısını almaq üçün kifayət qədər potensialımız var. Lakin potensial qurbanlar bu ölkələrin paytaxtlarıdır".

Xatırladaq ki, verilən məlumatlara görə, ABŞ 2026-cı ildə Almaniyada uzun mənzilli raketlərin yerləşdirilməsinə başlayacaq. Bu, Ağ Evin saytında yerləşdirilən iki ölkənin birgə bəyanatından irəli gəlir. "Birləşmiş Ştatlar 2026-cı ildə bu vasitələrin gələcəkdə uzunmüddətli yerləşdirilməsinin planlaşdırılması çərçivəsində Almaniyada atəş silahlarının epizodik yerləşdirilməsinə başlayacaq", deyə sənəddə qeyd olunur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->