Roma Papası Fransisk Ukraynadakı münaqişədə bütün aparıcı dünya güclərinin maraqlarının toqquşduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu fikri pontifik İsveçrənin RSI telekanalına müsahibəsində
bildirib.
"Bütün böyük dövlətlər orada görüşdülər. Döyüş meydanı Ukraynadır. Orara hamı vuruşur... Ortada imperiya maraqları var. Təkcə Rusiya deyil, başqa imperiyalar da. İmperiyalar xalqları ikinci yerə qoymağa meyllidirlər", deyə Fransisk bildirib.
Pontifik hələ də Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu vurğulayıb:
"O, təhsilli insandır. Münaqişənin ikinci günündə Rusiya səfirliyinə gəldim, Moskvaya getməyə hazır olduğumu bildirdim və Putindən mənimlə görüşmək üçün vaxt ayrılmasını xahiş etdim. Lavrov mənə təşəkkür etdi, lakin indi vaxtı deyil dedi. Putin bilir ki, mən hazıram”.
Fransisk Ukraynadakı münaqişəni "üçüncü dünya müharibəsi” adlandırıb və əlavə edib ki, əvvəlki iki müharibə kimi, bu müharibə də tədricən alovlanır. Bununla bağlı pontifik silah sənayesi nümayəndələrinin maraqlarına diqqət yetirməyə çağırıb:
"Bu bazardır. Müharibə gedir, köhnə silahlar satılır, yeniləri sınaqdan keçirilir”.
Nizami Bağırov
Şərhlər