Xəbər lenti

İdman 14:16 18.09.2024

"Roma" De Rossini qovdu

İtaliyanın "Roma” klubunun baş məşqçisi Daniele De Rossi komandanın baş məşqçisi vəzifəsindən qovulub.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Klubun qərarı, mövsüm hələ başlanğıc mərhələsində olarkən, mümkün qədər arzulanan yola tez qayıtmaq üçün komandanın maraqlarına uyğun olaraq qəbul edilib. Keçən aylarda ehtirasla və fədakarlıqla yerinə yetirdiyiniz işə görə Danielə ürəkdən təşəkkür edirik", deyə "Roma"nın mətbuat xidməti qeyd edib.

Roma klubunun rəhbərliyində De Rossi İtaliya Kubokunu (2007, 2008), həmçinin İtaliya Super Kubokunu (2007) qazanıb.

Qeyd edək ki, "Roma" 4 turda 3 heç-heç edib və bir dəfə uduzub. Komanda hazırda İtaliya A Seriyasının turnir cədvəlində 3 3 xalla 16-cı yeri tutur. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->