Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkədə keçirilən seçkilərdən sonra parlamentdəki yerini itirə bilər. Bu da Mühafizəkarlar Partiyasının hakimiyyətdəki qeyri-populyarlığını göstərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Best for Britain" təşkilatı məlumat
yayıb.
"Konkret mandatlarla bağlı nəticələr baş naziri xüsusilə məyus edir. Nəticələr onun Riçmond və Northallertondan ibarət öz seçki dairəsini Əməkçilərə itirmək riski ilə üzləşdiyini göstərir, deyə təşkilat öz saytında qeyd edib.
"Survation" tərəfindən 15.000-dən çox insan arasında həyata keçirilən sorğu Leyboristləri Mühafizəkarlardan 19 xal qabaqda olduğunu göstərir. Bu, təşviqat qrupunun ötən ilin sonunda keçirdiyi əvvəlki meqa-sorğudan 3 pillə çoxdur.
"Yeni bir meqa sorğu və təhlil göstərir ki, Tori seçki perspektivləri rekord həddə düşüb, partiya indiyə qədərki ən pis seçki nəticələrinə doğru gedir, qarşıdan gələn ümumi seçkilərdə 100-dən az yer qazana və baş nazirin özü də öz kreslosunu itirə bilər. Mühafizəkarların səs payı - Leyboristlərin 45%ilə müqayisədə 26%-ə enib. Sorğu göstərir ki, Torilər yalnız 98 yer qazana bilər, bunların heç biri nə Uelsdə, nə də Şotlandiyadadır. Torilərin seçki perspektivlərinə bu zərbə Böyük Britaniyada Reform Böyük Britaniyanın səs payının artması ilə baş verir, partiya 7 yerlə ikinci yeri tutacaq", deyə qeyd edilir.
Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının nümayəndələri baş nazir Rişi Sunakın dəyişməsini müzakirə edirlər. Agentliyin məlumatına görə, Britaniya hökumətinin üzvləri son vaxtlar Sunakın 2025-ci ilin yanvarından əvvəl baş tutmalı olan parlament seçkilərinə qədər dəyişdirilməsi imkanını getdikcə daha çox müzakirəyə çıxarır.
Aydın
Şərhlər