Xəbər lenti

Dünya 15:28 21.01.2024

"Reuters": "Siyasi qərar Tehranda verilir, rəhbərlik "Hizbullah", icraçı isə husilərdir"

Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və Livanın "Hizbullah" qruplaşmasının yaraqlılarının komandanlığı altında baş verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə dörd regional və iki İran mənbəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

"Reuters"in məlumatına görə, İsrail Qəzza zolağında HƏMAS yaraqlıları ilə müharibəyə başladıqdan sonra İran husiləri silahlandırıb, təlim keçib və maliyyələşdirib. Xüsusilə İran husiləri pilotsuz təyyarələr, gəmi əleyhinə qanadlı raketlər, dəqiq ballistik raketlər və orta mənzilli raketlərlə təmin edir. "Siyasi qərar Tehranda verilir, rəhbərlik "Hizbullah", icraçı isə Yəməndəki husilərdir", deyə agentliyin mənbəsi bildirib.

Agentlik qeyd edib ki, SEPAH komandirləri husilərə kəşfiyyat məlumatı verir. "Reuters”in mənbələrinə görə, bu məlumatlar onlara Qırmızı dənizdə hansı gəmilərin İsrail üçün nəzərdə tutulduğunu müəyyən etməyə imkan verir.

Husilərin Qırmızı dənizdə tankerlərə hücumları 2023-cü ilin noyabrında başlayıb. Yəmən hərəkatı Qırmızı dənizdə İsraillə əlaqəli istənilən gəmiyə hücum edəcəyinə söz verib. Yanvarın əvvəlində Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib. Qırmızı dənizdəki münaqişə nəticəsində LNG daşıyıcı gəmilərin sayı 96% azalıb, neft-qaz şirkətləri və maye qaz ixracatçıları daşımaların dayandırıldığını bildiriblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->