Xəbər lenti

Ekonomiks 21:07 09.01.2024

"Rəsmi qrumlar ancaq tərif istəyir" - İqtisadçı

"Dövlət Məşğulluq Agentliyində işlər qaydasında deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Dövlət Məşğulluq Agentliyinin vətəndaşlara təqdim etdiyi ev heyvanları ilə bağlı yayılan video haqqında danışarkən deyib. 

Akif Nəsirlinin fikrincə, agentlik elə işləməlidir ki, cəmiyyətdə onların ünvanına tənqid deyilməsin, iradlar bildirilməsin:



"Mustafa Abbasbəyli istəyir ki, sosial şəbəkədə təmannasız olaraq onların gördükləri işləri reklam etsinlər. Bu, mümkün deyil. Bunlar hələ başa düşmürlər ki, mətbuat, sosial şəbəkə platformaları təmannasız olaraq onların işini reklam etməyəcək. Amma vay o günə ki, qurumun səhvi ola, həmin anda sosial şəbəkə onu gündəmə çeviriləcəklər. Sosial şəbəkədə insanlar həmişə problemlərindən danışırlar. Agentlikdə işlər elə olmalıdır, vətəndaşlara elə heyvanlar verməlidirlər ki, sosial şəbəkədə müzakirə mövzusu olmasın".

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli il ərzində 80 min başa yaxın heyvan idxal edildiyini açıqlayıb. O qeyd edib ki, bu qədər böyük sayda heyvan içində zəifləri də ola bilər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->