"Sabah"ın futbolçusu Ceyhun Nuriyev klubunu dəyişib.
Qaynarinfo-nun məlumatına görə, milli üzvü digər paytaxt təmsilçisi "Zirə" ilə anlaşıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Bu barədə hər iki klubun mətbuat xidmətindən açıqlama verilib.
Nuriyev "Keşlə"nin yetirməsidir. O, karyerası ərzində "Keşlə"dən sonra yalnız "Sabah"da çıxış edib. Nuriyev, U-21 və U-17 millimizin də formasını geyinib.
Səbuhi Həsənov
Şərhlər