Xəbər lenti

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Ekonomiks 15:17 13.08.2024

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Avqustun 20-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 19 avqust 2024-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->