Xəbər lenti

Rekord inflyasiya, idarəolunmaz xaos - Nigeriyada kütləvi adam oğurluqları artır
Dünya 18:33 13.03.2024

Rekord inflyasiya, idarəolunmaz xaos - Nigeriyada kütləvi adam oğurluqları artır

Ötən çərşənbə axşamı Nigeriyanın Kaduna əyalətinin Kajuru bölgəsində silahlı şəxslər tərəfindən azı 60 nəfər qaçırılıb. Cəmi bir neçə gün əvvəl eyni ştatda bir məktəbdən 250-dən çox uşaq qaçırılmışdı. Borno əyalətində bu ayın əvvəlindən əksəriyyəti qadın və uşaq olmaqla azı 200 nəfər qaçırılıb. 

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, adam oğurluğu rekord inflyasiya, yoxsulluq səviyyəsinin yüksəlməsi və ölkənin bir çox regionlarında hüquq-mühafizə orqanlarının demək olar tamamilə yoxluğu və ya fəaliyyətsizliyi fonunda baş verir.

Afrikanın ən sıx məskunlaşma olan ölkəsi Nigeriyanın sakinləri 2014-cü ili xatırlayırlar ki, islamçı terror qruplaşması "Boko Haram"ın yaraqlıları yüzlərlə məktəbli qızı qaçıraraq, onları şəriət qanunlarına əsasən ərə getməyə məcbur etmişdilər. Ancaq indi adam oğurluğu ilə terrorçular deyil, yerli cinayətkar qruplar məşğul olurlar ki, bu, onlar üçün gəlirli biznesdir - oğurlananların qaytarılması üçün fidyə almaq. Ötən il ölkədə ümumilikdə 4000-ə yaxın insanın oğurlanması faktı var.

Ekspertlər adam oğurluğunun artmasının əsas səbəblərindən birinin iqtisadi olduğunu deyirlər. BVF hesab edir ki, Nigeriyanın 200 milyon əhalisinin 8%-nin adi qidaya çıxışı yoxdur. Dünya Bankının məlumatına görə, yoxsulluq içində yaşayan nigeriyalıların sayı bir il ərzində 89,8 milyondan 104 milyona yüksəlib. Eyni zamanda, Nigeriya Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin yanvarında ərzaq inflyasiyası illik müqayisədə 35,41%, bir il əvvəl isə 24,32% olub.

Keçən ay Laqosda qaçaqmalçılardan müsadirə edilmiş düyü partiyası aşağı qiymətlərlə satılırdı və nəticədə məhsulu almaq istəyən çoxlu insan izdihamı yaranıb. Orada 7 nəfər həlak olub. Son həftələr Nigeriyanın müxtəlif yerlərində taxıl anbarlarına çoxsaylı hücumlar olub. Bəzi dəstələrin bu ayın əvvəlində Abucadakı taxıl anbarlarından birinə soxularaq oranı tamamilə qarət etdikdən, infrastrukturun özünə ziyan vurduqdan sonra ölkə hakimiyyəti bu cür yerlərdə təhlükəsizliyi gücləndirib.

Hakimiyyətin ölkədə vəziyyəti yaxşılaşdırmaq cəhdləri nəzərəçarpacaq dəyişikliklərə səbəb olmur. "Financial Times"ın sitat gətirdiyi ekspertlərin fikrincə, insanlar dövlət və cəmiyyət arasında müqavilənin pozulması kimi gördükləri şeyə etiraz edirlər və bütün bunlar idarəolunmaz xaosa çevrilə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->