"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan iki qurumun fəaliyyətinə xitam verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin tabeçiliyindəki "ASCO Logistics" MMC və "ASCO Mühafizə" MMC ləğv edilib. MMC-lərin ləğv edilməsi ilə bağlı hər hansı bir məlumat verilmir.
Hər iki MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" hər iki MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədri Rauf Vəliyev müşaviri İlham Məmmədovu "ASCO Logistics" MMC-nin direktoru, İlham Bəşirov İslam oğlunu isə "ASCO Mühafizə" MMC-nin direktoru təyin edilmişdi.
Xatıradaq ki, iki gün əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparıldığı barədə
məlumat vermişdik.
Əhməd
Şərhlər