"Rüstəm İbrahimbəyovun sənəti və şəxsiyyəti qəbirüstü abidəsində ifadə olunub”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor bildirib ki, kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi fərqlidir:
"Bütün sənət adamlarının, ziyalıların abidələrindən seçilir. Orjinal bir işdir, çox gözəl düşünülüb. Onun abidəsində həm sadəlik var, həm də sənəti. Alnı boşdur, sanki abidə dil açıb nəsə deyəcək. Özünə, adına layiqdir”.
Rasim Balayev Rüstəm İbrahimbəyovun ölümünə üzüldüyünü bildirib:
"Çox istərdim ki, Rüstəm sağ olsun”.
Qeyd edək ki, kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur. Bu məqsədlə I Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.
Bahar Rüstəmli
Şərhlər