"Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu ADA Universitetində təhsil alacaq.
Publika.az xəbər verir ki, orta məktəbi yüksək qiymətlərlə bitirən Nihad SAT nəticəsi ilə Türkiyənin bir neçə nüfuzlu universitetindən qəbul almağına baxmayaraq, onun seçimi ADA Universiteti olub. Bu barədə sözügedən təhsil müəssisəsi öz "Facebook" səhifəsində paylaşım edib.
Məlumata görə, Nihad Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Qeyd edək ki, Nihadın qardaşı Aqşin Oruclu da ADA Universitetində bakalavr təhsili alıb və hazırda magistr təhsilini də orada davam etdirir.
Şərhlər